Yazar: chilgin @ Noyabr 23, 2009 16:35
Həyatımın günortasında gəldi
mən yaşamışdım
dodaqlarımın böyür-başında
qırışlar
gecikdiyini deyirdi
baxıb köks ötürdü
əlində bir dəstə
sarı çiçəklər vardı
Yazar: chilgin @ Noyabr 12, 2009 11:42
Sən torpaq gözlərinlə
çiçək bitirdin baxışlarımda.
Mehriban nəfəsinlə
candan ruha ötürüldün.
Süzüldü sevgi yağışların
şəffaf pəncərələrdə
süzüldüm
hər damlama Sən dedilər
bilmədin?
Kimsə çağırır
diksinib ayılan var
saat 7
qırıq bir güzgü önündə
qəşəng bir qız
üz-gözündə su damlası
“salam”
boylanıram ətrafıma
Səni elə bil
bəmbəyaz qardan düzəltdim,
mənim qar oyuncağım.
Və günəş doğanda
gözlərimin önündəcə
əridin.
Yazar: chilgin @ Noyabr 9, 2009 17:07
Hansı qapıda yazacaqlar, görəsən?!
atam evi
nənəm evi
birinci ər
ikinci ər...
sınıq-salxaq kirayələr...
karlarına hansı gələr
cızmaq üçün
Mən eşq küçəsində yaşayıram
yaşım 20—
yox,
mənzil 20
açıq qapı-bacalı
sınıq pəncərəli
bir viranada
çirkinliyimdən qorxur
qonşu uşaqları
Yazar: chilgin @ Noyabr 9, 2009 16:46
Daşlara gömülmüş gözlərimə
dikərsən gözlərini.
Daşlara gömülmüş yanaqlarımdan,
dodaqlarımdan silərsən
qurumuş göz yaşlarımı.
Daşlara gömülmüş qulaqlarıma
hayqırarsan:
“ – Mən səni çox istəyirdim,
ay dəli, çooox...”
Yazar: chilgin @ Sentyabr 9, 2009 10:17
Səni itirmək bahasına
başa gəldi bu dünya –
bir dünyaya bədəlmişsən
itirincə anladım...
mən də elə hamı kimi...
Yazar: chilgin @ Sentyabr 4, 2009 11:29
- Oxuculara özünüzü təqdim edin. (təhsiliniz, maraqlarınız, həyat tərziniz və s)
- Çılğın Sevinc. 1983-də dekabrın 26-sında Bakıda doğulmuşam. 44 saylı məktəbin məzunuyam. “Qafqaz” Universitetinin Filologiya fakültəsinin Türk dili və Ədəbiyyatı Bölümünü 2004-də bakalavr, 2006-cı ildə magistr dərəcəsiylə bitirmişəm. Hazırda “İqtisadiyyat” qəzetində bədii redaktor, Xəzər tv-də redaktor kimi çalışıram. Ailənin tək qızıyam. Yaxşı kitabların və fanatcasına sevdiyim gözəl qələmlərin kolleksiyası varımdır.
Ölsəm
daşım özümdən qiymətli
bəlkə baş çəkən tapılar.
Nə qədər ki varam – heç.
Dirilər sevilmək üçündür, yavrum,
Ölülər... bilmirəm.

İndi blogda: 2
Keçən ayın hiti: 1991
Dünənki hit: 32
Bugünki hit: 37
Ümumi hit: 14295